Startap Günləri

Tədbirin adı

Startap Günləri

Məkan

Azərbaycan Texniki Universiteti

Təşkilatçı

AzTU və "Startap Azərbaycan"

Tarix

21.11.2025

Əlaqə məlumatları

---------

Təsvir

Azərbaycan Texniki Universitetinin (AzTU) İKT fakültəsi üzrə “Startap Günləri” keçiriləcək.
Tədbir AzTU İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə 21–22 noyabr 2025-ci il tarixlərində baş tutacaq.

 Tarix və vaxt:
21 noyabr (cümə günü): saat 14:00-dan gün sonuna kimi
22 noyabr (şənbə günü): saat 10:00–16:00
 Məkan: Azərbaycan Texniki Universiteti İnkubasiya Mərkəzi

Startap Günlərində iştirak etməklə sən nə qazanacaqsan?

AzTU İnkubasiya Mərkəzinin təşkil etdiyi “Startap Günləri” – ideyalarını reallaşdırmaq və gələcək karyeran üçün böyük bir addım atmaq fürsətidir!

Burada səni gözləyən imkanlar:
Öz ideyanı ekspertlərlə birlikdə dəyərləndirib reallığa çevirmək imkanı
Tanınmış startap nümayəndələri və investorlarla birbaşa əlaqə qurmaq
Maraqlı insanlarla tanışlıq və gələcək əməkdaşlıqlar üçün yeni şəbəkə yaratmaq
Güclü və yaradıcı komanda formalaşdırmaq
Praktiki təlimlər vasitəsilə yeni bilik və bacarıqlar əldə etmək
Heç bir xərc çəkmədən gələcək karyeran üçün real fürsət qazanmaq
Müsabiqələrdə ideyana diqqət çəkmək və layihəni tanıtmaq
Gələcəkdə dəyərli olacaq Sertifikatlar qazanmaq!

Gənc innovatorların və ideya sahiblərinin bir araya gələcəyi bu tədbirdə sən də iştirak et, gələcəyini bu gündən qur!

Qeydiyyat linki: https://forms.gle/dei7XPYGBhMUYtKbA

Şəkillər