Tədbirin adı
“Bakı Fintex Forumu 2025”
Məkan
Baku Mariott Otel
Təşkilatçı
Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi
Tarix
09.10.2025
Əlaqə məlumatları
---------
Təsvir
Oktyabrın 9-da “Bakı Fintex Forumu 2025” keçiriləcək.
Forum “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunur.
Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək.Yerli və beynəlxalq ekspertlər fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparacaq. Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar. Forum çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq.
Forumda iştirak etmək istəyənlər tədbirin rəsmi saytından bilet əldə edə bilərlər.
Şəkillər