START İT UP, KEEP İT UP Layihəsinin planlaşdırılma görüşü baş tutub

START İT UP, KEEP İT UP Layihəsinin planlaşdırılma görüşü baş tutub

3-8 Fevral 2019-cu il tarixlərində Türkiyə Respublikasının Eskişehir şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci ildəAvropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının qrant müsabiqəsində qalibi olduğu "Start it UP, Keep it UP"  layihəsinin  tərəfdaşlarından olan “Eskişehir Gelişim Derneği”-nin təşkilatçılığı ilə layihəsinin planlaşdırılma görüşü baş tutmuşdur.

2020-ci ilin sonuna qədər davam edəcək layihənin əsas məqsədi gəncləri sosial sahibkarlıq sahəsində iştiraka həvəsləndirmək və maarifləndirməkdir. Layihə çərçivəsində aşağıda qeyd edilmiş 6 tərəfdaş ölkə və təşkilat iştirak edir: Azərbaycan – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Türkiyə – Eskişehir Gelişim Derneği, Yunanıstan – You İn Europe, Bolqarıstan – Association Alternativi International, Latviya – Regionalas attistibas un socialo iniciativu organizacija "Perspektiva" və Xorvatiya – Institut Za Poticanje Mladih. Planlaşdırma görüşü ilə başlayan layihə Xorvatiya, Yunanıstan və Latviyada 3 təlim kursu olmaqla, Azərbaycanda Sosial Sahibkarlıq Forumu olmaqla davam edərək Bolqarıstanda yekun hesabat görüşü olmaqla sonlandırılacaq.

Avropada cəmiyyətin problemlərinin həllinə yönəldilmiş layihənin əsas hədəflərindən biri gəncləri sosial yönümlü “Start-Up”-lar vasitəsilə mühüm dəyişiklər etməyə həvəsləndirmək, digər hədəfləri isə gənc sosial sahibkarları və sahibkar olmaq istəyən gəncləri lazımi bacarıqları, bilikləri və vəsaitləri təmin etməklə onların potensialının artırılması, işsizliyin azaldılmasında və daha yaxşı bir mühit yaratması üçün sosial sahibkarlığın təsirinin qiymətləndirilməsi və müzakirəsinin təşkil edilməsi və gənclərin öz sosial “Start-Up”-larını yaratmaq üçün imkanlar və vasitələrlə təmin edilməsindən ibarətdir. Layihə iştirakçıları olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA)  sədri Məryəm Məcidova, NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev və tərəfdaş təşkilatların nümayəndələri Eskişehir şəhəri, Tepebaşı bələdiyyəsinin Sosial Sahibkarlıq İnkubasiya Mərkəzini ziyarət etmiş və Mərkəzin direktoru ilə görüşüblər. Görüş zamanı Eskişehir şəhərində yaradılan  "Start it UP, Keep it UP"- lar haqqında və Sosial Sahibkarlıq İnkubasiya Mərkəzi haqqında məlumat əldə etmiş,eləcə də,  "Start it UP, Keep it UP" layihəsinin Eskişehir şəhərində verəcəyi töfhə ilə bağlı həmsöhbət olmuşlar.  Layihə ilə bağlı görüşlər Eskişehir şəhəri, Tepebaşı bələdiyyəsinin Gənclər Mərkəzində baş tutmuş və Gənclər Mərkəzi ilə yaxından tanış olunmuşdur. Görüşlər ərzində gələcək fəaliyyət planları bir daha nəzərdən keçirilmiş və 6 tərəfdaş təşkilatın öz ölkələrində yaradacaqları Sosial Sahibkarlıq Mərkəzləri barədə geniş müzakirələr olmuşdur.

Paylaş