Peşə Təhsil Mərkəzində Startap Günləri başladı

Peşə Təhsil Mərkəzində Startap Günləri başladı

Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti Startap Günləri başlayıb.

Xeberler.az bildirir ki, tədbiri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz açıb. Onun sözlərinə görə Startap Günləri peşə liseylərində ilk dəfə olaraq bu təhsil müəssisəsində keçirilir.

Eyni zamanda Osman Gündüz Startap Azərbaycan Təşkilatının həyata keçirdiyi işlərdən, Startap Günlərinin əhəmiyyətindən danışıb.

Peşə Təhsil Mərkəzinin direktoru Qalib Həsənov  çıxış edərək Startap Günlərinin bu təhsil mərkəzində keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, liseydə  xeyli potensiallı tələbələrin təhsil aldığını bildirib. Direktor  Startap Günlərinin keçirilməsinə hazırlıqla bağlı işçi qrupunun yaradıldığını və bu istiqamətdə tələbələrlə görüşlərin keçirildiyini, hazırlıq işlərinin yüksək səviyyədə başa  çatdırıldığını bildirirb.





Nazirliyin nümayəndəsi Toğrul Qafarbəyli çıxış edərək Startap Günlərinə Nazirlik tərəfindən dəstək verildiyini diqqətə çatdırıb. O, Startap Günlərinin ölkədə startap ekosistemin və innovativ mühitin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Nazirlik nümayəndəsi startap ekosistemin inkişaının Nazirliyin diqqət mərkəzində olduğunu vurğulayıb.


 NRYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndəsi  Anar Cəfərov çıxış edərək ondun bu sahədə gördüyü işləri diqqətə çatdırıb. O tələbələr tərəfindən hazırlanan innovaiv layihələrin dəstəklənməsi üçün Fondun müsabiqələrinə qatılmağa çağırıb.
A.Cəfərov bu tip keçirilən tədbirlərin ekosistemin inkişaı üçün çox faydalı olduğunu bildirib.
Açılış mərasimində Almaniya Texniki Əməkdaşlıq Təşkilatının, Xətai İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri də çıxış ediblər.


Açılış məraismndən sonra biznes ideyaların irəli sürüləməsinə start verilib. Tələbələr tərəfindən 21 biznes ideya irəli sürülüb.   Bu ideyalar içərisindən tələbələrin səsverməsi və ekspertlərin dəyərləndirməsi əsasında 6 biznes ideya seçilib. Seçilən biznes ideyalar əttrafında startap komandalar formalaşıb.

Ekspertlər seçilən biznes ideyaların ilkin prototiplətrinin hazırlanması məqsədilə komandalarla ilkin tövsiyyələrini veriblər.
Startap Günlərinin növbəti günündə komandalara təqdimatların hazırlanması və prototiplərin hazırlanması məqsədilə təlim keçiriləcək.
Daha sonra komandalar mentorların dəsətyi ilə layihələrin ilkin verisyalarını hazirlayacaqlar . 
Hər bir  komanda  münsiflər qarşısında layihələrin qısa müddətli təqdimatlarını edəcəklər və layihələr münsiflər tərəfindən qiymətləndiriləcək

Qaliblərə sertifikatlar, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

 Startap Günləri Startap Azərbaycan və Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilir. 
Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir. 

Startap Azərbaycan tərəfindən həyata keçirilən Startap Günləri ölkəmizdə 2012-ci ildən təşkil olunur. 
Məlumat verdiyimiz kimi, ötən aylarda Qərbi Kaspi Universiteti, Azərbaycan Texniki Universitetində, UNEC-də təşkil olunan Startap Günüləri də uğurla başa çatıb.

Paylaş