Qurumun adı
Azərbaycan Memarlıq və İnşaat Universiteti
İstiqamətlər
Su təsərrüfatı mühəndisliyi və kommunikasiya sistemləri, ekologiya mühəndisliyi, enerji menecmenti və enerji effektivliyi, Yaşıl enerji, smart sistemlər
Təsvir
Azərbaycan Memarlıq və İnşaat universiteti 1975-ci ildən yüksək ixtisaslı memar, inşaatçı-mühəndis və digər sferalarda ali-təhsilli kadr hazırlığında böyük və şərəfli yol keçmişdir. Universitetimizdə Dövlət Mükafatı laureatları, Milli Elmlər Akademiyasının üzvü olan 550 nəfər professor – müəllim heyəti fəaliyyət göstərir. Universitetdə tədris azərbaycan, rus və ingilis dillərində aparılır. 2024/2025-cü tədris illərində universitetdə 9 fakültə və 53 ixtisas üzrə tələbə təhsil alır. Həmçinin universitetin nəzdində İnşaat Kolleci, Fizika-riyaziyyat təmayüllü Lisey, 2010-cu ildən etibarən isə Layihə İnstitutu fəaliyyət göstərir.
Universitet kampusu 5.56 ha sahəni əhatə edir və müasir infrastruktura malik 4 tədris binası, elmi-tədqiqat və tədris laboratoriyaları, elektron və əyani kitabxana, yeməkxanalar, muzey-sərgi salonları, idman kompleksini özündə cəmləşdirir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizdə yüksək ixtisaslı memarlıq, inşaat, mühəndis sistemləri, hidrotexniki qurğular və digər sahələrdə mütəxəssis hazırlayan ən böyük elm-təhsil ocağıdır. Missiyamız professional biliklərə və müstəqil düşüncə tərzinə malik yaradıcı və rəqabətqabiliyyətli, xalqımızın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər gənc mütəxəssislər yetişdirməkdir.Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizdə yüksək ixtisaslı memarlıq, inşaat, mühəndis sistemləri, hidrotexniki qurğular və digər sahələrdə mütəxəssis hazırlayan ən böyük elm-təhsil ocağıdır. Missiyamız professional biliklərə və müstəqil düşüncə tərzinə malik yaradıcı və rəqabətqabiliyyətli, xalqımızın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər gənc mütəxəssislər yetişdirməkdir.
Əlaqə
(012) 539 10 45