Qurumun adı
Azərbaycan Texnologiya Universiteti
İstiqamətlər
Elmi-tədqiqat işləri, təbiət-texnika, texnika və mühəndis iqtisadiyyatı istiqamətləri
Təsvir
Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir.
UTECA-da yeyinti, toxuculuq və yüngül sənaye, turizm, logistika, metallurgiya, İKT sahələri üzrə mühəndis, texnoloqlar hazırlanır. Universitetdə elmi-tədqiqat işləri əsasən təbiət-texnika, texnika və mühəndis iqtisadiyyatı istiqamətləri üzrə aparılır.
Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə “Elmi xəbərlər” məcmuəsi nəşr olunur..
Universitet Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
Mentorların siyahısı :
Vüsal Bayramov Eldəniz oğlu |
Tamara Ələkbərova Şakir qızı |
Aqşin Hüseynov Hafiz oğlu |
Nilufər Orucova Fərhad |
Nəbi Mehdizadə Zeynal |
Gülnarə Əsədova Asif |
Günay Qəhrəmanova Faiq qızı |
Tural Rüstəmov Faiq oğlu |
Əlaqə
(+99422) 257-56-29