Bakı Ali Neft Məktəbi

Qurumun adı

Bakı Ali Neft Məktəbi

İstiqamətlər

Mühəndislik, neft-qaz mühəndisliyi, innovasiya və tədqiqatlar, biznesin idarə edilməsi, proseslərin avtomotlaşdırılması

Təsvir

Bakı Ali Neft Məktəbi Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.

BANM ötən müddət ərzində həm də ən müasir tələblərə cavab verən infrastruktur yarada, idarəetmə və pedaqoji heyəti formalaşdıra bilib, professor-müəllim heyətinin tədrisdə, tələbələrin isə təhsildə motivasiyalarını yüksəltmək üçün silsilə həvəsləndirici və səfərbəredici tədbirlər həyata keçirib.

Yerli və xarici şirkətlərlə əməkdaşlıq, peşəkar mütəxəssislər tərəfindən vaxtaşırı təlim və mühazirələrin təşkili, tələbələrinin təhsillə yanaşı, həm də müxtəlif ictimai layihələrdə yüksək nəticələr göstərməsi, qısa müddət ərzində ictimaiyyət arasında qazanılan etibar və bu kimi digər nailiyyətlər Azərbaycanın ən yüksək intellektli gəncliyini BANM-də təhsil almağa cəlb edir.

BANM Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi  “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır.

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

Mentorların siyahısı :

 

Ramil Şükürov

Aygül Musayeva

Gülşən Cabbarzadə

Nəzrin Sultanlı

Vüsal Kərimov

Farad Kamyabi

Elmar Əsgərzadə

Fidan Hüseynli

Qərənfil Əhmədova

Röya Mərdanzadə

Kəmalə Paşayeva

Leyla Muradxanlı

Əlaqə

(+994 12) 521 33 63

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar