Bakı Mühəndislik Universiteti

Qurumun adı

Bakı Mühəndislik Universiteti

İstiqamətlər

Tədqiqat və İnkişaf (Research and Development (R&D))”, sahibkarlıq, Startap” və “Sosial sahibkarlıq”, biznes və qrant layihələri,

Təsvir

Fəaliyyət sahəsi üzrə ölkənin aparıcı universitetlərindən biri olan “Bakı Mühəndislik Universiteti” təhsilin bütün səviyyələri və formaları üzrə dünya standartlarına uyğun təhsil, tədqiqat və innovasiya sahəsində fundamental biliklərə, tədqiqat vərdişlərinə yiyələnmiş, milli və beynəlxalq əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı məzun və kadr hazırlayır.

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı Azərbaycanda ali təhsil müəssisələri arasında ilk və aktiv fəaliyyət göstərən struktur bölmədir. Texnoparkın fəaliyyəti BMU yarandığı gündən (8 noyabr 2016-cı il tarixindən) təşkil edilib. Universitetin Elmi Şurasında Texnoparkın yeni əsasnaməsi təsdiq olunub.

BMU Texnoparkının məqsədi: Universiteti beynəlxalq aləmdə rəqabətədavamlı ali təhsil müəssisəsi kimi tanıtmaq, həmçinin universitet-sənaye əməkdaşlığı vasitəsilə müvafiq şirkətlərə, tədqiqatçılara və akademik heyətə müasir infrastruktur və tədqiqat aparmaq imkanları təqdim edə biləcək ekosistem qurmaqdır.

BMU Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi  “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır.

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

Mentorların siyahısı :

 

Nərmin İsmayılova Məmmədibrahim

Bakı Mühəndislik Universiteti

Afag Ahmadova

Universitetdən kənar mentor

Musayeva Mehriban Hüseynalı

Universitetdən kənar mentor

Bəymməmədli Nətəvan Vəli

Universitetdən kənar mentor

Elçin Mehtiyev

Universitetdən kənar mentor

Albina Çingiz qızı Həşimova

Universitetdən kənar mentor

Rima Məmmədova

Universitetdən kənar mentor

Əlaqə

+994 (12) 349 99 66/67

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar