Qurumun adı
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
İstiqamətlər
Bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı
Təsvir
ADNSU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirilir. Hazırda universitetdə 7 fakültə və 24 kafedra fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlərdə bakalavriat səviyyəsində 14000-dək tələbə, o cümlədən 437 tələbə SABAH qruplarında, 579 tələbə UFAZ-da ali təhsil alır. ADNSU-da magistratura səviyyəsində 2368 tələbə təhsilini davam etdirir, doktorantura səviyyəsində təhsilini isə 316 nəfər elmi fəaliyyətlə məşğul olur.
ADNSU Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
Mentorların siyahısı :
Gülşən Səttarova |
Məlihə Hüseynzadə |
Elmira Xanməmmədova |
Rəşad Abbaszadə |
Səbinə Əliyeva |
Türkan Şeydai Əli qızı |
Fəxri Nifdalızadə |
Mehriban Məmmədova |
Kişiyeva Nübar Şaban qızı |
Rasim Abdullayev Soltanağa |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Mehmet Egilmezer, Zafer Ziya |
Universitetdən kənar mentor |
Əlaqə
+994 12 598 50 64