Qurumun adı
Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı
İstiqamətlər
Gənclərə öz biznesini yaratmaqda dəstək olmaq
Təsvir
Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azerbaijan Coca-Cola Bottlers şirkəti və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin (DVC) dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır.
Proqramın məqsədi Azərbaycanda “Gənc Sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərə öz biznesini yaratmaqda dəstək olmaqdir.
Proqramın vizyonu Gənc sahibkarlığı inkişaf etdirmək və dəstək vermək üçün effektiv platforma yaratmaq, gəncliyin sosial və iqtisadi problemlərini həll etmək, kiçik və orta sahibkarlığın formalaşdırılması və orta gəlirli sinfin gənc sahibkarlığa dəstək verməsini təmin etməkdir.
Buna görə Youth Inc. öz vaxtını, təcrübəsini, müvafiq resurslarını gənclərin biznes bacarıqlarının və biliklərinin artırılmasına, bununla da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün gənc nəsli formalaşdırmağa yönəldib.
Qeyd edək ki, Youth Inc. Proqramı aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes layihələr həyata keçirib və 7000-ə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.
Youth Inc. Proqramı həm də beynəlxalq dərəcəli təşkilatlarla əməkdaşlıq edərək Azərbaycanı layiqində xaricdə təmsil edir.
Əlaqə
+99412 594 6141 +99477 421 1141