“Startup.az” Azərbaycanda startap ekosistemi barədə məlumatları vahid bir portal üzərindən təqdim edən platformadır. “Startup.az”  həm yerli, həm də qlobal  miqyasda Azərbaycanda startap eksosistemi ilə bağlı görülən işlər barədə məlumatların əlçatımlığını təmin edir.

“Startap Azərbaycan” təşkilatı tərəfindən yaradılan platformada bazarda olan startaplar, investorlar, maliyyə fondları, startapa dəstək məqsədi ilə yaradılan inkubasiya və akselerasiya mərkəzləri barədə ətraflı məlumatlar yer alıb. Platformaya əlavə edilən kontentlər sektorun inkişafına uyğun olaraq daim yenilənir.

Platforma startapçılara öz layihələrini geniş ictimaiyyətə təqdim edib maliyyə dəstəyi əldə etməyə, həmçinin komandlarına mütəxəssis cəlb etməyə dəstək olur. Saytda “Startap kadr” bölümü startap komandasında çalışmaq istəyən bacarıqlı şəxslərə iş imkanı da yaradır.

Platformun üstünlüyü ondan ibarətdir ki, bu sahə ilə maraqlanan şəxslər öz profillərinə uyğun olaraq saytda hesab yaradaraq layihələri barədə ətraflı məlumatları rahatlıqla auditoriya ilə bölüşə bilərlər.

“Startup.az” üç dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.