Tədbirin adı
AzTU İnkubasiya Mərkəzinin İnfosessiyası
Məkan
AzTU İnkubasiya Mərkəzi
Təşkilatçı
AzTU
Tarix
13.03.2026
Əlaqə məlumatları
---------
Təsvir
Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzi tərəfindən tələbələr və innovasiya ilə maraqlanan gənclər üçün infosessiya təşkil olunacaq.
İnfosessiya çərçivəsində AzTU İnkubasiya Mərkəzinin fəaliyyəti, bu günədək həyata keçirilmiş layihələr, startap ekosisteminin inkişafı istiqamətində görülmüş işlər və mərkəzin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat təqdim ediləcək.
Tədbir zamanı AzTU İnkubasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri barədə təqdimat keçiriləcək. Bu istiqamətlərə İnkubasiya proqramı, “Startap Günləri” təşəbbüsü, hackathonlar, eləcə də tələbələr üçün təşkil olunan müxtəlif innovasiya və startap tədbirləri daxildir.
Eyni zamanda startap layihələrinin inkişaf dinamikası, tələbələrin innovasiya və sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində həyata keçirilən proqramlar və gələcək planlar haqqında iştirakçılarla geniş müzakirələr aparılacaq.
İnfosessiya tələbələr üçün AzTU İnkubasiya Mərkəzinin imkanları ilə yaxından tanış olmaq, startap fəaliyyətinə qoşulmaq və innovativ ideyaların inkişafı üçün mövcud imkanları öyrənmək baxımından mühüm platforma olacaq.
Məkan: AzTU Akt Zalı
Tarix: 13 mart 2026
Saat: 14:00
Bütün maraqlanan tələbələr və gənclər infosessiyada iştirak etməyə dəvət olunur.
Şəkillər