Startup

Qənaət



Kateqoriya:  Mobil
Əlavə olunma tarixi:   26.04.2016
Yenilənmə tarixi: 05.05.2016
Sayt: http://hspro.16mb.com/demo.html

Məsələn ailədə 4 nəfər var və ailəyə aylıq olaraq 300 azn pul daxil olur. Bu 300 azn-dən müəyyən bir hissəsini aylıq olaraq yemək-içmək və digər zəruri xərclərə yönəltmək üçün bu sayta/tətbiqə daxil olub müvafiq axtarış böməsində məbləği, ailə üzvlərinin sayını və əlavə olaraq, istəyə uyğun bölmələri (vegeteranlar, şəkərli diabet və s.) daxil edir. Bununlada həmin şəxsə bir ay ərzində qeyd etdiyi məbləğə uyğun olaraq gündəlik normal koloridən az olmamaq şərtilə yemək-içmək üçün ərzaqlar və aylıq digər zəruri malların siyahısı verilir. Yəni verilmiş qiymətə uyğun olaraq bütün mallar və qiymətlər xidmət tərəfindən bir neçə saniyə içərisində incəliklə hesablanır və itkiyə yol verilmir. Siyahıda qeyd edilən ərzaqların hər birindən neçə cür yeməklərin hazırlanması, onların saxlanma şəraiti və s. haqqında da məlumatlar yazılı və ya video şəklində təqdim olunur. Bundan başqa saytda kənd sakinlərindən tutmuş ta böyük sahibkarlara kimi hər kəs öz malını müştəriyə təqdim edə biləcək. Ancaq istənilən halda kənd təsərrüfatını stimullaşdırmaq üçün ilk sırada gələn mallar təbii kənd məhsulları olacaq. Bütün bunları düzgün koordinasiya etmək üçün müəyyən ərazi intervalı tətbiq ediləcək ki, bununlada gecikmə və əlavə xərclərin qarşısı alınsın. Bundan başqa qiymətlər şirkətlərin və digər rəsmi qurumların təqdim etdiyi siyahıya uyğun olacaq. İstəyə uyğun olaraq ailə istəsə ərzaqları sayt/tətbiq vasitəsilə sifariş verə və ya emailə/facebook profilinə/sms vasitəsilə telefonuna - gəlmiş məktubda qeyd edilmiş ID kodu ilə, əraziyə uyğun əməkdaşılıq etdiyimiz marketlərə yaxınlaşaraq, göstərilmiş qiymətlərlə məhsulları əldə edə bilər. Burada məqsəd suni qiymət artımını qarşısını almaq və elektron ticarətin dövriyyəsini artırmaqdır.



Tural Səmədov
Layihə verən



Ekspert şərhləri
Geri qayıtmaq
BİZİ İZLƏYİN
FACEBOOK
TWITTER