Hər il Türkiyədə keçirilən regionun ən böyük startap tədbirlərindən Startup Turkey bu il fevralın 23-25-də Antalyada keçirilib.
Qlobal tədbirdə Azərbaycan startapları da iştirak edib.
Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Kvotter, Spinal, Expander (CustomAR),Omarov`s Game Studio, WeTravel layihələri tədbirə qatılıb.
Tədbir çərçivəsində startaplar üçün Demo Day təşkil edilib.
Demo Day-də yerli startaplar Spinal Tech (Lia), CustomAR (Expander) və Kvotter investorlar qarşısında öz layihələrinin qısa müddətli təqdimatını edib.
Spinal Tech layihəsi isə 15 layihədən biri seçilərək , Startup Turkey-nin final mərhələsində təqdimat edərək böyük maraqla qarşılanıb.
Video gallery: https://www.facebook.com/joshgun.karimov?fref=ts