Sofia adlı robota Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, dünyada ilk dəfə olaraq robota vətəndaşlıq verilib.
Robot krallığa təşəkkür edib:
“Səudiyyə Ərəbistanı Krallığına təşəkkür edirəm . Mən dünyada vətəndaşlıq almış ilk robotam".
Qeyd edək ki, ötən il Sofia adlı robot müsahibə zamanı "insanları öldürməklə" bağlı sualı “hə” cavabını verib.
Robot 60-dan çox emosiyanı təsvir edə bilir. Onun gözlərinə yerləşdirilmiş xüsusi kameralar həmsöhbətlə vizual əlaqə yarada bilir.
İnsanabənzər robotun yaradıcısı Devid Hanson onu hazırlayarkən britaniyalı aktrisa Odri Hepbernin obrazlarından ilhamlanıb.
Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə...
22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.
ADA...