Ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının əsas tərəfdaşlığı ilə həyata keçirilən dünyanın ən böyük Yaşıl" biznes ideya müsabiqəsi ClimateLaunchpad 2017-nin qalibləri dünya finalında iştirak ediblər.
AMEA-dan Startup.az-a verilən məlumata görə, 17-18 oktyabrda Kiprin Limasol şəhərində keçirilən finalda ölkəmizi 3 komanda təmsil edib.
ClimateLaunchpad 2017-nin ölkə finalında qalib olan 3 komanda -"Catalyser", "Sh2ower" və "Emwaes" Azərbaycanı dünyanın “cleantech” xəritəsinə çıxarmaq üçün beynəlxalq finalda yarışıblar.
Dünya finalında uğurla iştirak edən komandalarımızdan “Catalyser” layihəsini - “CO2”-ni “Eco Fuels”-a səmərəli çevirmək (karbon dioksidi ekoloji yanacağa) təqdim edib. Ölkə finalında birinciliyi qazanan “Catalyser” dünya finalında 35 ölkədən 105 startap arasında ilk 15-ci sıraya daxil olaraq qaliblər sırasına qoşulub.
Azərbaycanın ilk dəfə qoşulduğu və dünyada artıq 4-cü dəfədir keçirilən ClimateLaunchpad müsabiqəsininölkəmizdəki rəsmi tərəfdaşı Social Innovation Lab-dır.
Startup.az
Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə...
22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.
ADA...