Azerbaijan English

Qrant alan startaplarla müqavilə bağlanıb

Məlumat verdiyimiz kimi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun növbəti qrant müsabiqəsində 21 layihə qalib oldu.

Belə ki, bu layihələrə ümumilikdə 242 min AZN qrant vəsaiti ayrılıb.

Fond ilə layihə rəhbərləri arasında qeyd edilən maliyyənin əldə edilməsi üçün rəsmi müqavilələr bağlanıb.

Fonddan Xeberler.az-a verilən məlumata görə, artıq bu proses başa çatıb. Layihə rəhbərləri ilə bağlanan müqavilələr müvafiq icra qurumlarına göndərilib.

Qeyd edək ki, fiziki şəxslərlə bağlanmış müqavilələr Ədliyyə Nazirliyinə, hüquqi şəxslərlə bağlanan kommersiya müqavilələr isə İqtisadiyyat Nazirliyinə göndərilib.

Bu il sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub.

Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub.

Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.

KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib
Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası...
31 Mar 2022
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022