Azerbaijan English

Tez sağalmağınıza yardım edən startap-Video

Azərbaycanda  tibb sahəsində yeni startap fəaliyyətə başlayıb.

Belə ki, Tezsagal.az adlı layihənin rəhbəri məqsədi  xəstələr və həkimləri bir məkanda görüşdürməkdir.

Startapın təsisçisi Mais Zeynalov Startup.az-a bildirib ki, platformadan pasientlər rahat istifadə edə bilir:

“Pasientlər əziyyət çəkdiyi xəstəliyə uyğun həkimin ixtisasını yazmaq və axtarışa verir. Axtarış nəticəsində həkimlərin profili reytinq sıralamasına və müalicə etdiyi xəstəliyə görə təyin olunaraq, ilkin məbləğin göstərilməsi şərti ilə önə çıxır Tezsagal.az istifadəçi üçün qeyd olunan xəstəliyə uyğun sahədə fəaliyyət göstərən həkimlərlə əlaqə yaratmaq, onlara problemləri barədə sual vermək, onlayn görüş, onlayn vaxt alma, qiymətlərlə qabaqcadan tanış olmaq və ən əsası güvənlik imkanı yaradır”.

Onun sözlərinə görə, istifadəçilər vaxt  itirmədən həkimlər ilə əlaqə yarada bilir:

“Xidmətimiz cəmi bir neçə saniyə ərzində ən doğru həkimi, reytinq, səsvermə, qiymət və real pasientlərin rəyi əsasında tapmağa yardımçı olur. Platforma pasientə həkimin qəbuluna onlayn yazılmaq,  onlayn ödəmə kimi yeniklər təqdim edir.  Bu istəklər sayt üzərindən həkimə bildirilir və əgər razılıq olarsa ödəmə baş tutur”.

Öyrənirik ki, saytda həmçinin həkimin qəbulunda olan pasient səs verərək, rəyini də yaza bilir.

Layihə rəhbəri vurğulayıb ki, bu sistem xəstəxanalarda uzun növbələrin, həmçinin pasientlər arasında növbə anlaşılmazlığının qarşısını almağı hədəfləyir.

Mais Zeynalov onu da qeyd edib ki, hələlik Azərbaycan üçün fəaliyyətə başlayan xidmətin çox qısa vaxtda Gürcüstan bölməsi də aktivləşəcək.

Layihə üzərində Sədi Şirinov, Səbuhi İsmayılzadə, Səbuhi Əzizov, Tacəddin Dəmirov olmaqla 15 nəfər çalışır. 

Layihənin videosu: https://www.facebook.com/tezsagal/videos/1072132786256597/

Startup.az

“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start

Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə...

11 Mar 2020
StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019