Azerbaijan English

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin  ötən ay  PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə Gəncə şəhərindəki startaplar üçün elan etdiyi "Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub.

Xeberler.az-ın məlumatına görə, Gəncə şəhərində  təşkil edilən müsabiqəsinin 16 oktyabrda final mərhələsi keçirilib. Finalda 10 komanda iştirak edib. Öz ideyalarını hakim heyətinə təqdim edən komandalar biznes-planla birlikdə 10 dəqiqə ərzində çıxış ediblər.

Beləliklə, “Ganja Big Idea Competition" ideya müsabiqəsinin qalibləri:  1-ci yer “BioBone” layihəsi , 2-ci yer “Sevimli ixtisasım” ,  3-cü yer “HolaDost” .

 Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılıblar.

1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu

2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu

3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu

Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edilib.

agroX Müsabiqəsinin ilkin seçim mərhələsi baş tutub

Xeberler.az məlumat verir ki, agroX Layihəsinin iştirakçıları üçün ilkin seçim mərhələsi baş tutub. Startap Azərbaycan...

26 Jun 2019
Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

4 -25 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə...

27 May 2019