Azerbaijan English

Startapımız məşhur akseleratora qəbul olub

Azərbaycanlılar tərəfindən qurulmuş “Maliyya” adlı innovativ maliyyə texnologiyası (fintech) startap-ı Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (DIFC) "Fintech Hive" Biznes Akseleratorunun ilk qrupuna seçilib.

Startup.az-ın məlumatına görə, "Fintech Hive" regionun ilk maliyyə texnologiyaları akseleratorudur. “Maliyya” startapı İslam prinsiplərinə əsasən investorlarla borcalanları bir araya gətirən və maliyyə xidmətləri sənayesində inqilab etməyi hədəfləyən platformadır. 

“Maliyya” startapı 30 ölkəni təmsil edən 100-dən çox startap arasından seçilmiş 11 startap-dan biridir. Seçim beynəlxalq konsultant şirkəti olan Accenture, Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) və partnyor maliyyə qurumları tərəfindən bu meyarlara əsasən aparılıb. Təklif edilən innovasiyanın unikallığı, bazarda müəyyən bir boşluğu doldurması və sənayenin və istehlakçıların ehtiyaclarını ödəməsi də buradaxildir. 

Akselerator proqramı Accenture şirkəti ilə bərabər həyata keçirilməklə regionun maliyyə xidmətləri sənayesinin ehtiyaclarını ödəmək üçün yeni nəsil texnoloqgiya liderlərini və sahibkarları bir araya gətirir. Proqram 2017-c il avqust ayının 21-də başlayır və 3 ay müddətində dünyanının aparıcı beynəlxalq və yerli maliyyə qurumları, texnologiya və hüquq şirkətləri tərəfindən startap-lara sıx texniki və məsləhət dəstəyini təmin edir. 

Startup.az

 

Startapımız məşhur akseleratora qəbul olub

Məlumat verdiyimiz kimi, 5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya...

20 Oct 2017
Startapımız məşhur akseleratora qəbul olub

Bu gün “İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun...

19 Oct 2017