Azerbaijan English

Türkiyənin Təşəbbüskarlıq Fabrikası- Reportaj

 

Məlumdur ki, hazırda dünyada startap sahəsi sürətlə inkişaf edir. Bu inkişaf da dünya ölkələrinə görə fərqlənir. Məsələn, Silikon Vadisində demək olar ki, startap sahəsi artıq özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Digər dövlətlər də bu təcrübəni götürərək, öz ölkələrinə uyğunlanşdırıb, tətbiq etməyə çalışır.

Türkiyə, Azərbaycan, kimi ölkələrdə isə bu bazar demək olar son illərdə daha çox inkişaf etməyə başlayıb. Belə ki, Türkiyə bu istiqamətdə son vaxtlar daha ciddi addımlar ataraq ölkədə sahibkarlıq, startap sahəsini inkişaf etdirib, bu sahəyə marağı olan gənclər üçün yeni imkanlar yaradır.

Türkiyə bazarı Azərbaycana yaxın olduğu üçün biz də əsasən bu bazar ilə maraqlanır, ölkədə startap sahəsi ilə bağlı görülən işləri yaxından izləyirik.

Elə bunları nəzərə alaraq Xeberler.az-ın əməkdaşı Türkiyəyə səfəri çərçivəsində ölkədə universitet daxilində ilk dəfə yaradılan Girişim Fabrikasının (Təşəbbüskarlıq Fabrikası) ofisini ziyarət edib.

Qeyd edək ki, Girişim Fabrikasını Özyeğin Universitetində İhsan Elgin qurub. İhsan Elgin 2007-ci ildə Climateminder şirkətinin qurucu ortağı olaraq sahibkarlıq dünyasına addım atıb. Şirkətlərini Kaliforniyaya apardıqdan sonra  isə 2012-ci ildə ABŞ-da Climateminder şirkətini 7 milyon dollara satıb. Sonra isə Türkiyəyə qayıdaraq Girişim Fabrikasını yaradıb. Həmçinin, İhsan Elgin hazırda startap layihələrinə ilkin mərhələ yatırımlar da həyata  keçirir. Yəni, angel (mələk) investordur.  

İhsan Elginlə görüşmüz zamanı mütəxəssis dünya təcrübəsinə dayanaraq bu sahə ilə bağlı önəmli bilgləri, təcrübələri paylaşıb. O, startapa, sahibkarlıq fəaliyyətinə başalmaq üçün gənclərin diqqət etməli olduğu məqamları önə çəkib.

İhsan Elgin Xeberler.az-a bildirib ki, Fabrikanın yaradılmasında məqsəd fikir və texnologiyaların kommersiyalaşdırılmasını sürətləndirmək və sahibkarlığa dəstək verməkdir.

“Məqsədimiz startap ruhunun daha çox sayda insanda formalaşmasını təmin etməkdir. Bu ruha sahib insanlara dəstək verərək, onların layihələrinin uğrulu olmasına, gəlir gətirməsinə çalışırıq. Fabrikanın infrastrukturu da bunun üzərində qurulub”.

Onun sözlərinə görə, Girişim Fabrikası 3 istiqaməti əsas götürüb:

“İlk olaraq startapçının məlumat və təcrübə əksikliyinin tamamlanması üçün yerli və xarici mentorlardan ibarət bir netvörkinq yaratmışıq. Bunlar startapların növbəti mərhələ inkişafı üçün çox önəmlidir. İkinci startapçının fikirini cəmləyib  bir istiqamətə yönəlməsinə maneə olan məsələləri araşdırıb, ona uyğun olaraq profesional xidmətlər təqdim edirik. Üçüncü olaraq isə  startapçının sərmayə tapa bilməsinə yardım edir, onlar investorları razı sala bilmədiyi halda biz öz investor əlaqələrimizdən istifadə edib dəstək oluruq”.

Fabrika qurucusu deyib ki, hazırda Türkiyədə startap sahəsinin bir iş imkanı kimi dəyərləndirilməsində problemlər müşahidə edilir. Bunları nəzərə alaraq Girişim Fabrikası il ərzində müxtəlif tədbirlər təşkil edir:

“Bu sahənin də bir iş imkanı olduğunu sübut etmək üçün ildə çoxsaylı tədbirlərimiz olur. Həmin tədbirlərdə gənclərə bu barədə ətraflı məlumat veririk. Qeyd edirik ki, hər bir yeni fikir yeni iş demək deyil. Bu fikiri real işə çevirməyin yollarını izah edirik. Şərait yaradırıq ki, bunu sınaqdan keçirib, görsünlər”.

Qeyd edək ki, Fabrikada startap layihələrinin işləməsi üçün bütün texniki və digər imkanlar yaradılıb. Hazırda Fabrikada 25-ə qədər layihə komandası çalışır.

Öyrənirik ki, Girişim Fabrikasına konkret bir iş planına və ən az iki nəfərlik startap qrupuna sahib sahibkarlar zamanlarının hamısını layihə üzərində keçirmək şərtiylə, təhsil müəssisəsi və ya sektor meyarı qoyulmadan pulsuz müraciət edə bilir.

Namizədlər əvvəlcə onlayın müraciət etməlidir. Onlayn müraciət sonrası uyğun görülən namizədlər layihələrini təqdim etmək üçün Fabrikaya dəvət edilir. Girişim Fabrikası direktoru və digər əlaqəli şəxslərə də təqdimat etdikdən sonra uyğun olan layihələrə öncə biznes plan və bu kimi digər təşəbbüskarlıq fəaliyyəti ilə bağlı dərslər keçirilir.  

 

Sahibkarlar bu dərsələri başa vurduqdan sonra universitetin geniş imkanlara sahib kitabxanasından və həmçinin sahə ilə bağlı mütəxəssislərlə məsləhətləşərək 15 gün içində iş planı hazırlayıb bunu Fabrikaya təqdim etməlidir. Bu mərhələni da keçən təşəbbüskar iki günlük sıx təməl dərsləri alaraq Girişim Fabrikasında işə başlaya bilir.

Qeyd edək ki, Fabrikada işləmək imkanı qazanan layihələrə 15 min dollara qədər yatırım edilir.

Onu da vurğulayaq ki, Özyeğin Universiteti Türkiyədə startap, sahibkarlıq dərslərini tədris edən universitet kimi seçilir. Belə ki, universitetdə sahibkarlıqla bağlı təhsil proqramları mövcuddur.

Təsadüfi deyil ki, elə universitetin də devizi “Həyatının startapı”dır.

 

 
Türkiyənin Təşəbbüskarlıq Fabrikası- Reportaj

Məlumat verdiyimiz kimi, 5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya...

20 Oct 2017
Türkiyənin Təşəbbüskarlıq Fabrikası- Reportaj

Bu gün “İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun...

19 Oct 2017