Azerbaijan English

Yerli startap komandamız Dubayda fəaliyyətə başladı- Foto

Azərbaycanda fəaliyyətə başlayan Keepface şirkəti qlobal bazarda fəaliyyətini genişləndirir. 

Belə ki, şirkət artıq genişlənərək ölkə hüdudlarından kənarda fəaliyyətə başladığını elan edib.

Məsələ ilə bağlı daha ətraflı şirkətin qurucularından Vaqif Abbasov ilə söhbət etdik.

Vaqif Abbasov Xeberler.az-a bildirib ki, bir neçə gün əvvəl DMCC-də (Dubai Multi Commodities Centre) qeydiyyatdan keçən Keepface yaxın zamanda Mərkəzi Asia, Qafqaz və MENA (Yaxın Şərq və Şimali Afrika) bölgələrini hədəfləyir:

“DMCC Dubayda yerləşən Qlobal Azad İqtisadi Zona olub, özündə 13000-dən çox şirkəti cəmləyir. DMCC hazırda BƏƏ və onun ətrafında biznesi inkişaf etdirmək və qlobal bazara daxil olmaq üçün ideal yerlərdən biri hesab olunur. Bura qoşulan hər bir üzv şirkət ölçüsü və statusundan aslı olmayaraq beynəlxalq səviyyəli xidmətlərə və infrastruktura çıxış əladə edir”.

Onun sözlərinə görə, eyni zamanda Keepface Google şirkətinin MENA regionunda yeganə texnologiya şəbəkəsinin üzvü olan AstroLabs-a qəbul olunub:

“ Bura üzv olmaqla Keepface müxtəlif ölkələrdə yerləşən 20-dən çox Google Tech Hub şəbəkəsi və 6 kampusuna çıxış əldə etmiş olur. Keepface Dubayda AstroLabs-da ofis sahəsindən və rəqəmsal texnologiya şirkətlərinə dəstək üçün təşkil olunmuş təhsil akademiyasından yararlana biləcək. AstroLabs-ın missiyası MENA regionunda inkişaf etməkdə olan rəqəmsal texnologiya ekosistemini yaratmaqdır”.

Öyərənrik ki, Keepface eyni zamanda "IBM Global Entrepreneur" proqramına da qəbul olunaraq, IBM Bluemix-də olan bütün xidmətlərdən, o cümlədən dünyanın ən güclü AI (süni intellekt) alətlərindən olan Watson xidmətlərindən 120 000 dollarlıq cloud istifadəsinə haqq qazanıb.

Belə ki, IBM Dubai ofisi bu texnologiyaların Keepface platformasına inteqrasiyasında öz iki mühəndisi ilə yaxından iştirak edəcək.

Keepface şirkəti bir il əvvəl BBF-də (Baku Business Factory) fəaliyyətə başlayıb. Keepface dünyada trend marketinq strategiyası sayılan Influencer Marketinqi avtomatlaşdıran platformadır.

Bu platformada infleuncerlər - sosial şəbəkələrdə çox izləyicisi olan istifadəçilər (məşhurlar, bloqerlər, jurnalistlər, ekspertlər, aktiv qrup və səhifələr) və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirdirlər.

Hazırda Keepface regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir.

 

Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki,...

11 Dec 2017
2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017