Azerbaijan English

Uber dünya üzrə 5 milyard səfər həyata keçirib

Uber beynəlxalq texnologiya şirkəti 2009-cu ildə smartfonun ekranına bir neçə toxunuşla avtomobil sifarişi üçün sadə həll hazırlayaraq fəaliyyətə başlayıb.

Artıq 2015-ci ilin sonunda şirkət mühüm sərhədi aşa bilir – 1 mlrd. səfər.Yarım ildən sonra, 2016-cı ilin iyun ayında, bu rəqəm 2 mlrd-a çatır.

Startup.az bildirir ki, bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Bir neçə həftə bundan öncə isə Uber şirkətin tarixində daha bir vacib mərhələni aşıb – şirkətin yaranmasından etibarən dünya üzrə Uber ilə 5 mlrd. səfər. O zaman 6 qitənin 24 ölkəsində Uber ilə 156 səfərə start verilmişdi.

Həmin an xoşbəxt sürücülərdən biri Uber ilə ilk səfərini həyata keçiridi: o, sərnişini motobaykla Cakartada (İndoneziya) mindirmişdi. Daha 6 sərnişin Uber-dən ilk dəfə olaraq yararlanıb.

Səfərlərdən ən qısası San-Fransiskoda qeydə alınıb – cəmi iki məhəllədən bir qədər çox məsafə. Ən uzun səfər isə Sinqapurda qeydə alınıb – 27 km (maraqlısı odur ki, ölkənin bütün uzunluğu təxminən 50 km təşkil edir). 15 “Uber” istifadəçisi səfərlərini yaşadığı ölkələrdən kənarda həyata keçirib.

Uber bu uğura bütün dünya üzrə şirkətlə əməkdaşlıq edən sürücülər sayəsində nail olub. Şirkətin tarixinə vacib töhfə verən sürücülərə təşəkkürünü bildirmək üçün Uber 156 sürücünün hər birinə yerli valyutada 500 ABŞ dolları ekvivalentində mükafat təqdim edəcək.

“Gələcəkdə daha 5 mldr. və hətta bundan artıq səfər həyata keçirmək üçün istifadəçilərimizə yeni funksiyalar təklif etməklə şirkətimizin inkişafını və servisimizin təkmilləşdirilməsini davam etdiririk”, - deyə şirkətin məlumatında bildirilir.

Startup.az

 
Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki,...

11 Dec 2017
2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017