Azerbaijan English

AppLab-ın iştirakçısı startap müsabiqəsində qalib oldu

Bakcell şirkətinin Applab proqramında iştirak edən layihələrdən biri özünün ilk uğuruna imza atıb.

Şirkətdən Startup.az-a verilən məlumata görə, proqram üzvü olan Mango” layihəsi ADA Universitetində keçirilən “1st ADA University Ideation Competition” müsabiqəsində 20 namizəd arasında ən innovativ layihə kimi birinci yeri tutub.

Qeyd edək ki, “Mango” istifadəçilərə onların istək və tələblərinə uyğun olaraq səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. Bununla yanaşı proqram istifadəçiləri “Mango”nun köməyilə müxtəlif restoranlar barədə onları maraqlandıran suallara avtomatik şəkildə cavablar ala biləcəklər. Proqram Facebook və digər sosial şəbəkələrlə sinxron qaydada istifadə oluna biləcək.

Hazırda “Mango” komandasında ADA Universitteində təhsil alan 4 tələbə faaliyyət göstərir. Onlar layihə ideyasının mobil tətbiqetməyə çevrilməsi üçün “Applab” proqramının ofisində 6 ay müddətində işləyəcək, Bakcell şirkəti və tərəfdaşları tərəfindən təqdim olununan müxtəlif təlim və seminarlarda iştirak edəcək, peşəkar məsləhətlər alacaqlar.  

Startup.az 

Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki,...

11 Dec 2017
2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017