Azerbaijan English

Tələbənin təqaüd almasına yardım edən startap

Demək olar ki, hər universitet tələbəsi təqaüd qazanmağı arzulayır. Lakin əksər vaxt istədikləri şərtlərlə təqüd verən universitetləri tapmaqda çətinlik çəkir, buna uzun vaxt sərf etməli olurlar.

Bunları nəzərə alaraq Türkiyədə təqaüd almaq istəyən namizədlərlə təqaüd verənləri bir platformada birləşdirən E-bursum.com startapı yaradılıb.

Xeberler.az webrazzi-yə istinadən məlumat verir ki, startap layihəsi tələbələrin bu problemini kökündən həll etmək istəyir.

Qeyd edək ki, E-bursum.com 2011-ci ildə baş vermiş Van zəlzələsində sonra təqaüd tapmaqda çətinlik yaşayan Məsud Keskin tərəfindən yaradılıb.

Təqaüd əldə etmə müddətində qarşılaşdığı problemləri müşahidə edən Keskin  E-Bursum-da bu problemləri həll etməyi hədəfləyir.

Belə ki, sistemdə təqaüd axtaranlar və təqaüd verənlər fərdi  profillərini yaradır. Təqaüd verən tərəf burs imkanları, şərtləri barədə sistemə ətraflı məlumat yükləyir. Tələbə də buradan ona uyğun olan təqüdü seçir və müraciət edir.

2015-ci ilin sentyabr ayında fəaliyyətə başlayan platforma bu günə qədər minlərlə tələbənin  təqaüd tapmasına vasitəçilik edib. E-təqaüd bu nəticəni daha yüksəltmək niyyətindədir. Belə ki, Boyner Grup-un sosial startap dəstəkçilərini bir arada toplayan kütləvi fond saytı Buluşum-da dəstək yığır.

E-təqaüd təhsildə təqaüdlərin daha sistemli və demokratik bir müddətlə verilməsini təmin etmək məqsədi ilə 50 min TL dəstək toplamaq niyyətindədir.

Startup.az

Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki,...

11 Dec 2017
2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017