Azerbaijan English

Dövlət startap sahəsinə dəstəyi artırır- Sərəncam

Son vaxtlar ölkədə dövlətin İKT sahəsinə diqqətinin artması müşahidə edilir.

Belə ki, ötən günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında da “İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi yaradıldı.

Ölkədə startap sahəsinə təkan vermək üçün dövlət səviyyəsində daha bir addım atılıb.

 “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair təsdiq olunmuş Tədbirlər Planınında innovasiyalar ilə bağlı xeyli müddəalar öz əksini tapıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili Xeberler.az-a bildirib ki, bu tədbirlərdən biri Vençur kapitalının dəstəkənməsi ilə ölkədə startap layihələrini stimullaşdırmaqdır.

Deputat qeyd edib ki, hədəflənən nəticə 2020-ci ilə qədər il ərzində ən azı 25 startap layihəsinin başlanmasına nail olmaqdır:

“Qeyd edim ki, bütün dünyada olduğu kimi Azərbaycanda da hazırda startap hərəkatı genişlənir, yeni-yeni layihələr yaranır. Dövlətin bu istiqamətdə atdığı stimullaşdırıcı tədbirlərin daha da gücləndirilməsi ilə bağlı verilən sərəncam startaplara layihələrinə dəstəyi daha da artırmağl hədəfləyir”.

Dövlət startap sahəsinə dəstəyi artırır- Sərəncam

Məlumat verdiyimiz kimi, 5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya...

20 Oct 2017
Dövlət startap sahəsinə dəstəyi artırır- Sərəncam

Bu gün “İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun...

19 Oct 2017