Azerbaijan English

Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

Məlumat verdiyimiz kimi, Yeni Fikir 2017 müsabiqəsində 35 layihə yarımfinala vəsiqə qazanıb.

Belə ki, yarımfinalçıların seçilməsi  mayın 2-14 tarixləri arasında həyata keçirilən onlayn qiymətləndirmənin nəticələrinə əsasən aparılıb.

Xeberler.az-ın məlumatına görə, bu gün AMEA Mərkəzi Kitabxanasında müsabiqənin yarımfinal mərhələsi  keçirilir.

Yarımfinalda hər bir layihənin təqdimatı üçün cəmi 9 dəqiqə vaxt ayrılır.  Layihə müəllifləri 4 dəqiqə ərzində layihəni təqdim edirlər. Qalan 5 dəqiqə ərzində isə münsiflər heyətinin suallarına cavab verirlər.

Qiymətləndirmə zamanı layihəni həyata keçirməkdə iddialı olan komandanın bilik və bacarığı, məhsul və xidmətin səmərəliliyi, bazar potensialı, rəqabət gücü və digər bu kimi meyarlar nəzərə alınacaq.

Müsabiqənin iyunun 9-da keçiriləcək final mərhələsində  isə 5 layihə qalib elan ediləcək.

Bir çox tərəfdaşı olan müsabiqədə birinci yeri qazanan layihənin komandasına baş sponsor olaraq, AMEA YTP tərəfindən  10000 manat pul mükafatı veriləcək.

Müsabiqədə iştirak edən uğurlu layihələrə, həmçinin AMEA Yüksək Texnologiyalar Parkında inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif ediləcək.

Qeyd edək ki, bu il 5-ci dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə indiyədək  iş fikri ilə biznesini qurmaq istəyən 842 startap komandası müraciət edib.

Bakı Mühəndislik Universitetinin həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi-ndə  respublika üzrə bütün gənclər iştirak edə bilərlər.

Startup.az

 

         

 

Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

Məlumat verdiyimiz kimi, 5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya...

20 Oct 2017
Yeni Fikir 2017-nin yarımfinalı keçirilir-Foto

Bu gün “İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun...

19 Oct 2017