Azerbaijan English

Skolkovo Bakıda ən yaxşı startapları seçdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının Skolkovo Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində ilk dəfə keçirilən “Open Innovations Startup Tour” (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində Azərbaycanın ən yaxşı startapları müəyyən edilib. 

Xeberler.az-ın məlumatına görə, müsabiqədə iştirak edən layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas olub.

Arif Mövsümzadə, Aleksey Cəfərov və Fidan Rüstəmovadan ibarət Spinal Tech komandasının Lia layihəsi, Orxan Əhmədov və Cosqun Kərimovun Kvotter  layihəsi, Şahlar Paşayevin “Sağlam Yaşam platforması” layihəsi turun qalibi olub.

Müsabiqə qalibləri mükafatla yanaşı, Skolkovo Texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün “Startup Village” startap-konfransında iştirak hüququ əldə edib.

 “Açıq İnnovasiyalar üzrə Startap Turu”nun əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

İki günlük tədbirdə Rusiyadan Skolkovo texnoparkının nümayəndələri, yerli və beynəlxalq startaplar, biznes qurumlarının təmsilçiləri iştirak edib.

Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki,...

11 Dec 2017
2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017