Azerbaijan English

Rusiya texnoparkı: “Azərbaycan bazarına daxil olmaqda maraqlıyıq”

Dünən Bakıda ANəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının Skolkovo Fondunun birgə təşkilatçılığı ilə innovativ startapların axtarışı üzrə ən böyük tədbir hesab edilən Açıq İnnovasiyalar üzrə Startap Turu (Open Innovations Startup Tour) öz işinə başlayıb.

Açılış mərasimində qonaqları Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi nazir Ramin Quluzadənin adından salamlayıb.

Xeberler.az bildirir ki, nazirliyin şöbə müdiri Tahir Məmmədov  Açıq İnnovasiyalar üzrə Startap Turu”nun Bakıda təşkilinə görə Rusiyanın Skolkovo  Fonduna minnətdarlığını bildirib. 

 T.Məmmədov ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyri-neft sektorunun, o cümlədən yüksək texnologiyaların və innovativ inkişafın vəzifə kimi müəyyənləşdirildiyini vurğulayıb.

“Biz bu sahədə həmişə digər ölkələrlə, xüsusilə yaxın qonşumuz olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığa hazırıq. Tədbirin məhz Bakı Biznes Mərkəzində keçirilməsi təsadüfi deyil. Çünki, elə bizim iştirakçıların da son məqsədi ideyalarını biznesə çevirməkdir. Biz ümid edirik ki, birgə dəstəyimizlə onlar öz ideyalarını həyata keçirə biləcəklər”.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Oleq Muraşev isə qeyd edib ki, bugünkü tədbir Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edir.

“Açıq İnnovasiyalar üzrə Startap Turu dövlətlərimizin çoxşaxəli əməkdaşlığının daha bir mərhələsidir. Biz səmimi qəlbdən gənc sahibkarlara həm Azərbaycanda, həm də Rusiyada həyata keçirə biləcəkləri yeni uğurlu layihələr arzulayırıq. Güman edirik ki, Skolkovo Fondunun Azərbaycandakı missiyası gənc sahibkarlar üçün yeni imkanlar açacaq”.

 Skolkovo texnoparkının baş direktoru Renat Batırov  vurğulayıb ki, bugünkü tədbir həm Rusiya regionları, həm də yeni ölkə ilə əməkdaşlıq üçün yaxşı başlanğıcdır, çünki yeni regionda Skolkovo Fondunun rezidentləri bir çox hallarda  yerli bazarlara çıxış əldə edir, yeni sifariş və investisiyalar cəlb edir.:

“Biz rezidentlərimizin Azərbaycan bazarına daxil olmasında maraqlıyıq. Mən təkcə enerji şirkətləri bazarını deyil, biotibbi texnologiyalar, kənd təsərrüfatı, eləcə də turizm bazarını nəzərdə tuturam. Bununla yanaşı, biz Azərbaycan şirkətlərinin Skolkovo  Fondunun rezidentləri olmasına, Rusiya bazarına çıxmasına və təqdim etdiyimiz bütün imkanlardan yararlanmasına şad olarıq”.

Tədbir çərçivəsində ekspert və spikerlər komandası bütün gün ərzində mühazirə və master-klasslar vaxtı gənc sahibkarlarla müzakirələr aparıb. Bundan başqa, bütün arzu edənlər mentor sessiyasında iştirak edib, tərəfdaş inkişaf institutlarının və iri İT şirkətlərinin nümayəndələri iştirakçılara layihələrin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.

Açıq İnnovasiyalar üzrə Startap Turu startap komandalarının illik seçimində ilk mərhələdir. Layihələrin növbəti inkişaf mərhələləri “Startup Village” konfransı və “Açıq innovasiyalar” Forumu olacaq.

Artıq bu gün - aprelin 18-də Bakı Biznes Mərkəzində müsabiqə iştirakçıları layihələrini ekspertlərdən ibarət münsiflər heyətinə təqdim edəcək.

Rusiya texnoparkı: “Azərbaycan bazarına daxil olmaqda maraqlıyıq”

Məlumat verdiyimiz kimi, 5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya...

20 Oct 2017
Rusiya texnoparkı: “Azərbaycan bazarına daxil olmaqda maraqlıyıq”

Bu gün “İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun...

19 Oct 2017