Azerbaijan English

StartupFest 2019-a start verilib

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “StartupFest 2019” beynəlxalq festivalına start verilib.

Festival işinə "İnnoTalk" tədbiri ilə başlayıb. İnnovasiya mövzusuna həsr olunan tədbirin spikerləri "Yeni Fikir" layihəsinin rəhbəri İsa Qasımov "Startapların əsas mexanizmləri" və "Keepface" startapının həmtəsisçisi Elşad Yusifli "Texnologiyanın inkişaf sürəti" mövzusunda çıxış ediblər.

26 noyabra qədər davam edəcək "StartupFest" çərçivəsində "Product Hunt Meetup", "Startup Grind Ganja", "Fun Baku", "DevOpsDays Baku", "Techstars Startup Weekend Baku Fintech", "World E-Commerce Eurasia 2019 Baku Forum" tədbirləri reallaşdırılacaq.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla  bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

KOBİA-da Ekspertlər Şurasının növbəti iclası keçirilib
Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası...
31 Mar 2022
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak...

31 Mar 2022