Azerbaijan English

Startap Günlərinin yekun təqdimat mərasimi keçiriləcək

Cari ildə bir sıra universitetlərdə və təhsil müəssisələrində keçirilən Startap Günlərinin qalib komandalarının Respublika finalı “StartupFest 2019” çərçivəsində baş tutacaq.

Startap Günlərində 1-ci, 2-ci və 3-cü yerləri tutan 21 komanda final turuna qatılacaqlar.

Komandalar ADAU, GDU, ATU, LDU, Qərbi Kaspi, Turizm Peşə Təhsili Mərkəzi və AzTU , AzPU və UNEC təmsil edirlər. Bu komandaların təkmilləşdirilmiş layihələrinin qiymətləndirilməsi aparılacaq və qaliblər müəyyən olunacaq.

Məlumdur ki Noyabrın 21-dən 26-dək Azərbaycanda “StartupFest 2019” adlı beynəlxalq startap festivalı təşkil olunacaq.

Yekun Təqdimat mərasiminin 25 noyabr tarixdə keçirilməsi nəzərdə tutulub

Startap Günləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən keçirilir.

Layihəyə İNNOLAND, Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkəti də dəstək verir.

 
Azərbaycanda startaplar üçün StartupFest 2019 keçiriləcək

21-26 noyabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət...

04 Nov 2019
İnam Kərimov: Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və...

08 Oct 2019