Azerbaijan English

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

Bakıda keçiriləcək “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “I2B İdeyadan Biznesə” startap turlarının final mərhələsi keçiriləcək.

Ötən ildən etibarən icrasına başlanan “İdeyadan Biznesə” layihəsi çərçivəsində bu il də bir sıra innovativ tədbirlər keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan “İdeyadan Biznesə” startap turlarının növbəti mərhələsinə fevralın 21-dən start verilib. Bu il Mingəçevir, Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz, Bakı, Lənkəran, Şamaxı, Naxçıvan və Zaqatala şəhərlərində təşkil olunmuş startap turlarının sonuncu ünvanı Şəki şəhəri olub. Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabrda keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və investorlara təqdim etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, oktyabrın 21-26-dək keçiriləcək “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

İnam Kərimov: Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və...

08 Oct 2019
AgroX Müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib

Bu gün agroX müsabiqəsinin yekun təqduimat mərasimi keçirilib. Təqdimat məraismində yarımfinala qatılan 12 aqrar startap...

08 Oct 2019