Azerbaijan English

Gəncədə Hackathon-a start verilib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə “Hackathon”a start verilib.

Region gənclərinin iştirakı ilə keçirilən “Hackathon” ümumilikdə 5 gün davam edəcək. Tədbirin ilk 2 günü iştirakçılar “Startap nədir?”  “Startap ideyasını necə formalaşdırmaq olar?”,  “Bazar araşdırması”,  “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti 3 gün ərzində iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.

Sonda qalib komandalar Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.

Gəncə şəhərində “Hackathon”un keçirilməsində məqsəd region gəncləri arasında startapların təşviqi, mövcud ideyaların dəstəklənməsidir.

İnam Kərimov: Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və...

08 Oct 2019
AgroX Müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib

Bu gün agroX müsabiqəsinin yekun təqduimat mərasimi keçirilib. Təqdimat məraismində yarımfinala qatılan 12 aqrar startap...

08 Oct 2019