Azerbaijan English

Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

24-25 may tarixdə Lənkəran Dövlət Universitetində "Startap Günləri" keçiriləcək.

Xeberler.az bildirir ki, regionda olan digər tələbə və gənclər də tədbirlərə qatıla, təlimlərdə iştirak edə bilərlər. Seçilmiş biznes ideyalar ətrafında formalaşan Startap Komandaların tərkibində yalnız LDU tələbələri təmsil olunacaqlar.

"Startap günləri”ndə tələbələr innovativ biznes ideyaları ətrafında komandalar formalaşdıraraq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda həmin layihələrin təqdimatları və müsabiqəsi təşkil olunacaq. Qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplom və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Startap Günləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynin dəstəyi ilə Startap Azərbaycan-ın  təşkilatçılığı ilə keçirilib. Layihəyə Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkəti dəstək verir.

“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start

Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə...

11 Mar 2020
StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019