Azerbaijan English

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti  iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, iclasda Fondun fəaliyyəti ilə bağlı bəzi məsələlər müzakirə edilib.

İclasda həmçinin Fondun maliyyə vəsaitlərinin 2017-ci il üzrə bölgüsü məsələsinə də baxılıb.

Qeyd edilib ki, İT layihələr üçün növbəti  qrant müsabiqəsi aprelin 10-da elan olunacaq.

Müsabiqəyə 5 istiqamətdə layihələr qəbul ediləcək:

1. Mütərəqqi proqram təminatının hazırlanması;
2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;
4. Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki,...

11 Dec 2017
2017-ci ildə batan startaplar-Siyahı

 

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il...

11 Dec 2017