Azerbaijan English

Azərbaycan Texniki Universitetində Startap Günləri davam edir

Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Startap Günlərinin ikinci günü keçirilir.

Bu gün gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib. Sektorda bir neçə layihəsi ilə tanınan, kriptovalyuta üzrə araşdırmaçı Orxan Əhmədov və ekspert Rəşad Əliyev təlimçi qismində iştirak ediblər. Startapa yeni başlayarkən vacib olan məqamları diqqətə çatdırıblar.

Eyni zamanda iştirakçılara prototiplərin hazırlanması üsulları izah edilib. Hazırda komandalar mentorların və ekspertlərin köməyi ilə biznes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlamağa davam edir.

Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Tədbirlər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir. Azərbaycan Beynəlxalq Bankı və Sinam şirkətləri Startap Günlərinə sponsorluq edirlər.

4-cü Barama İnkubasiya Proqramı üzrə qalib layihələr bəlli olub

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirmək və uğurlu karyera...

16 Apr 2019
Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

19 -20 aprel tarixlərdə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində Startap Günləri...

15 Apr 2019