Azerbaijan English

Azərbaycan Texniki Universitetində startap təlimi keçirildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterazerbaijan.com portalının Vergilər Nazirliyinin dəstəyilə ilə təşkil edilən “Startapa necə başlamalı: İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda təlimi Azərbaycan Texniki Universitetində keçirilib.

Təlimin açılışı zamanı Universitetin prorektoru İsa Xəlilov ali təhsil ocaqlarında belə görüşlərin təşkilinin tələbələrin gələcək karyerasına dəstək və gənclərin innovativ sahibkarlığı baxımından önəmli olduğunu bildirib. 150-dən artıq tələbənin iştirak etdiyi təlimdə EnterpriseAzerbaijan.com portalının meneceri Aytən Məmmədova Portal və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Azexport.az portalının rəhbəri Zaur Qardaşov Beynəlxalq Ticarət Mərkəzinin (İTC) “Amazonla qazan” layihəsi haqqında tələbələri məlumatlandırıb. Təlimdə Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlara, o cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi və 2019-cu ilin əvvəlindən başlayaraq tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Enterprise Azerbaijan portalı artıq bir neçə universitetdə 700-dən artıq tələbə ilə belə görüşlər keçirib. Görüşlər mütəmadi olaraq davam etdiriləcək

Startap Günlərinin yekun təqdimat mərasimi keçiriləcək

Cari ildə bir sıra universitetlərdə və təhsil müəssisələrində keçirilən Startap Günlərinin qalib komandalarının...

04 Nov 2019
Azərbaycanda startaplar üçün StartupFest 2019 keçiriləcək

21-26 noyabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət...

04 Nov 2019