Azerbaijan English

Start it UP, Keep it UP layihəsi öz fəaliyyətinə start verir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən həyata keçiriləcək “Start it UP, Keep it UP” adlı, sosial sahibkarlıq çərçivəsində mentorluq bacarıqlarının inkişaf etdirilməsi layihəsi öz fəaliyyətinə start verir.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Azərbaycan RespublikasıGənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən, Erasmus+ proqramı çərçivəsində həyata keçirilən layihə, sosial sahibkarlığın inkişafına yönəlmiş yeni bir layihədir. Bu layihə, gənclər sektorunda digər sahələrlə müqayisədə az bilinən sahələrdən biri, Avropa üçün yeni konsepsiya kimi çıxış edən sosial sahibkarlıq mövzusuna toxunaraq, sosial “Start-Up” inkubatorlarının yaradılmasını hədəfləməklə, öz innovativ xüsusiyyəti ilə fərqlənir.
Layihə Avropadakı müxtəlif sosial problemləri həll etməklə yanaşı, gənclərin dəyişikliklərin baş verməsində rol oynayan əsas faktor kimi çıxış etməsini hədəfləyir. Belə ki, layihə, gəncləri öz cəmiyyətlərinə bir dəyişiklik gətirmək üçün məlumat və resurslarla təmin edəcək və onları bu prosesdə iştirak etməyə ilhamlandıracaq. Bununla yanaşı, Avropanın sosial problemlərinin həll yollarını araşdırmağa davam edəcək gənclərdən ibarət sosial sahibkarlar şəbəkəsi yaradılacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) "Start it UP, Keep it UP” layihəsinin icrasında əsas məqsədi, sosial sahibkarlıq mərkəzləri yaratmaqla və bu sahədə bacarıqlı mentorlar və təlimçilər yetişdirməklə, gələcək potensial sosial sahibkarları dəstəkləməkdir. Eyni zamanda, “Start-Up”- larına başlaya bilmək üçün imkanlar və üsullarla təmin etmək də daxildir. Yuxarıda qeyd olunan sosial problemlərin həllində və bununla bağlı dəyişikliklər prosesində Azərbaycanlı gənclərin də iştirakçılığı qurumun əsas prioritetlərindəndir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən icra olunacaq layihənin əsas fəaliyyətləri Xorvatiyada təlim kursu (12-18 aprel 2019), hər iştirakçı ölkədə 1-ci praktiki faza, Makedoniyada təlim kursu (23-29 sentyabr 2019), hər iştirakçı ölkədə 2-ci praktiki faza, Yunanıstanda təlim kursu (10- 16 fevral 2020), Sosial Sahibkarlıq Forumu (4- 9 aprel 2020) tədbirlərindən ibarətdir. Bütün əsas fəaliyyətlər uğurla başa çatdıqdan sonra iştirakçılar 2020-ci il aprel ayında Bakıda keçiriləcək “Gənclərin Sosial Sahibkarlıq Forumu”- da iştirak etmək, gənclərin məşğulluğu və sosial inkişafında sosial sahibkarlığın rolu mövzusunda müzakirələr aparmaq üçün Avropadakı bütün sosial tərəfdaşlar və maraqlı tərəflərlə tanış olmaq imkanı qazanacaqlar. Qeyd edək ki, son müraciət tarixi 3 mart 2019, nəticələrin elan olunması tarixi isə 7 mart 2019-cu ildir. Qeydiyyat üçün link: http://bit.ly/2BSydeO

Ətraflı məlumat:
http://bit.ly/2NyHwVV 
http://www.nayora.az/news,982/lang,az/

KOBİA NRYTN ilə birgə startapları dəstəkləyir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə mikro və...

19 Sep 2019
Fintex startaplar üçün qeydiyyat başladı

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin...

09 Sep 2019