Azerbaijan English

Enterprise Azerbaijan portalı Startup marketing mövzusunda təlim keçir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə “Startup marketing: ideya, məhsul və inkişaf strategiyası” mövzusunda təlim keçirilib.

“Enterprise Azerbaijan”” portalının meneceri Aytən Məmmədova bildirib ki, təlimin keçirilməsində məqsəd, startapçıların ideya ve layihələrini inkişaf etdirməsi  üçün əsas vasitə ve alətlərin nədən ibarət olduğunu gənc startapçılara çatdırmaqdır. Portalın da əsas qayəsi iştirakçılara həm məlumatlandırma baxımından, həm də akselerator olaraq rol göstərməkdən ibarətdir. Gənc sahibkarlarla ve startapçılarla dünya təcrübəsini bölüşmək məqsədi ilə bu tip təlimlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
 
Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun apardığı təlimdə iştirakçılara rəqəmsal marketinq, ənənəvi marketinq ve marketinqdə ölçmə hesabatları ilə bağlı yeni məlumatlar təqdim edilib. Təlimdə əsasən Azərbaycanda fəaliyyət göstərən startapçıların, kiçik və orta sahibkarların öz ideya ve layihələrini xarici investorlara tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə danışılıb. 
  
UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarov əlavə edib ki, startapların uğur qazanması üçün ilk öncə diqqət edilməli faktor ideyanın hər hansı problemi həll etməsi və istehlakçılar üçün fayda qazandırmasıdır. Bununla bağlı düzgün istiqaməti müəyyənləşdirmək üçün isə bazar və istehlakçı davranışları üzrə dərin marketinq araşdırmalarının aparılması tələb olunur. Bu anlamda marketinq startap üçün təbliğat, informasiya mübadiləsi, doğru mövqelənmə, məhsulun inkişafı, bazarda seqmentləşdirmə kimi bir çox dəstəkləyici funksiyaları daşımaqdadır.

Qeyd edək ki, “Startup marketing: ideya, məhsul və inkişaf strategiyası” mövzusunda təlimə 20-dən çox kiçik və orta sahibkarlıq fəaliyyəti göstərən şirkətin nümayəndəsi qatılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

KOBİA NRYTN ilə birgə startapları dəstəkləyir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə mikro və...

19 Sep 2019
Fintex startaplar üçün qeydiyyat başladı

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin...

09 Sep 2019