Azərbaycanda ilk dəfə olaraq keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən “AstroLabs” akseleratoru ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb.
Xeberler.az məlumat verir ki, memorundum çərçivəsində birgə tədbirlərin keçirilməsi və Azərbaycanda fəaliyyət göstərən startapların Dubayda investorlarlar ilə görüşlərin təşkil edilməsi yönümdə işlər görüləcək, yeni bazarlara çıxmaq imkanları yarada biləcəklər.
Eyni zamanda memorundum çərçivəsində Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirib, yeni beynəlxalq akselerator proqramları ilə əməkdaşlıq etməyə təkan yaradacaqdır.
Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə...
22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.
ADA...