Azerbaijan English

Startap Günləri başa çatdı

29-30 iyun tarixində Peşə Təhsil Mərkəzində keçirilən Startap Günləri başa çatıb.

 Xeberler.az bildirir ki, Startap Günlərinin ikinci günündə ilk olaraq ekspert Orxan Əhmədov gənc startapçılara təlim keçib. O, startapa yeni başlayan zaman diqqət edilməsi vacib olan məqamları bölüşüb. Eyni zamanda prototiplərin və təqdimatların hazırlanması qaydalarını izah edib.

 Daha sonra komandalar mentorların və ekspertlərin köməyi ilə bizes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlayıblar. 

Komandalar layihələrini tam hazır etdikdən sonra təqdimat olub. Münsiflərin sualları ilə müşayət olunan təqdimatda startap komandaları öz layihələrinin önəmini, faydalığını, layihənin tətbiqinin vacibliyini diqqətə çatdırıblar. Günün sonunda münsiflərin səsverməsi ilə qalib komandalar müəyyən edilib. 

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan İnternet Forumunun prizdenti Osman Gündüz, Peşə Təhsili Mərkəzinin direktoru Qalib Həsənov, Peşə Təhsili üzrə Dövlət Agentıliyinin nümayəndəsi çıxış edərək iki gün davam edən Startap Günlərinin təhsil mərkəzinin və tələbələrin gələcək fəaliyyətində mühüm rol oynayacağını bildiriblər.
Qalib komandaların adları açıqlanıb.
Münsiflərin səsverməsinə görə, altı layihədən I yerin qalib layihəsi Səsli pul kisəsi, II yerin qalib komandası Peşə liseylərinin satış saytı, III yerin qalibi isə Online Supermarket layihəsi  olub. 


Startap Günlərinin qaydalarına əsasən I, II, III yerin qalibi olan komandalara diplomlar  və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Peşə Təhsil Mərkəzinin  hədiyyələri təqdim edilib. 

Startap Günlərində keçirilən təlimlərdə iştirak edən gənclərə sertifkatlar, Startap Günlərininin təşkilində fəal iştirak edənlərə təşəkkürnamələr təqdim olunub. 

Qeyd edək ki, Startap Günləri Startap Azərbaycan və Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İnformasiyua Texnolgiyalarının İnkişafı Dövlət Fondu dəstək verib.

Startapçı həyatından bir gün

Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir Azercell Telekom MMC-nin Barama İnnovasiya...

12 Oct 2018
Kiber idman turnirinə qeydiyyat başlanır

Bu gündən etibarən İnnovasiya həftəsi çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat...

11 Oct 2018