Azerbaijan English

Azərbaycanın ən yaxşı startapı seçiləcək

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə 6-cı dəfə Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutacaq.

Xeberler.az bildirir ki, iyunun 8-də ADA Universitetində Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparacaq.

Qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə bilərlər. Meyarlara uyğun olan startaplar yarışa qatılmaq üçün bu link vasitəsilə may ayının sonuna qədər qeydiyyatdan keçməlidir.

Qeyd edək ki, tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları diqqət mərkəzinə gətirməkdir.

Bu məqsədlə Seedstars ən innovativ və yeni yaranan startapları müəyyən etmək üçün 65-dən çox ölkəyə səfər edir və onlara İsveçrədə keçirilən beynəlxalq Seedstars Sammitində 1 milyon ABŞ dollarına qədər investisiya vəsaiti əldə etmək, dünyanın müxtəlif ölkələrindən olan investorlar və mentorlarla əlaqələr qurmaq imkanı yaradır. Əvvəlki iştirakçılar toplam 92 milyon ABŞ dollarından artıq investisiya cəlb etmiş və bununla 2,100-dən çox iş yerinin yaranmasını təmin edib. 

Startap Günlərinin qalibləri seçilib-Foto

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 gün davam edən Startap Günləri dünən başa çatıb.

Xeberler.az-ın...

27 May 2018
Startap Günləri başa çatdı

29-30 iyun tarixində Peşə Təhsil Mərkəzində keçirilən Startap Günləri başa çatıb.

 Xeberler.az bildirir ki, Startap...

30 Jun 2018