Azerbaijan English

İT üzrə müsabiqə-5 min manat qazanmaq imkanı

qtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə İkinci Respublika İnnovasiya Müsabiqəsini elan edib.

Xeberler.az bildirir ki, müsabiqəyə aşağıdakı sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur:

İqtisadi:

innovativ startap və biznes inkubator;

yüksək əlavə dəyər yarada biləcək texnologiya və innovativ istehsal metodları;

dayanıqlı infrastruktur və şəhərlərin qurulması məqsədilə qabaqcıl mühəndislik;

turizm, bank və sığorta sahəsində innovativ ideya və ya biznes layihə;

cəmiyyətin bütün təbəqələrinin sosial-iqtisadi, mədəni və ictimai həyatda iştirakını təmin edəcək təbliğat-təşviqat;

iqtisadi məhsuldarlığı yüksəldəcək yeni texnoloji avadanlıqlar və metodlar;

daha az kapital tutumlu infrastruktur;

nanomateriallar, nanotexnologiyalar və onların tətbiqi;

innovativ logistika;

dövlət xidmətlərinin göstərilməsi sahəsində İT (İoT) həllər;

İKT sahəsində innovasiya.

Sosial:

innovativ sosial xidmətlər;

dövlət və özəl sektor ilə peşə təhsili müəssisələri arasında qarşılıqlı əməkdaşlıq üzrə innovativ ideya;

əməyin təşkili və təşkilati mədəniyyət;

aktiv əmək bazarı və məşğulluq tədbirləri ilə bağlı innovativ ideya və ya mexanizm;

sosial infrastruktur və ictimai həyatda innovasiya;

səhiyyə və təhsil sahəsində göstərilən xidmətlərin yüksəldilməsinə yönələn innovativ layihələr;

mədəni və təbii irsin qorunması;

əhalinin həssas qrupu (uşaqlar, gənclər, əlillər və s.) imkanlarının inkişafı və gender məsələləri ilə bağlı təşviqat;

yaşayış məntəqələrinin planlaşdırılması və idarə edilməsi;

kommunal xidmətlərin keyfiyyətinin artırılması;

həssas qrupların (uşaqlar, gənclər, əlillər və s.) cəmiyyətə inteqrasiyası üçün həllər;

açıq məlumatlardan istifadə üzrə innovativ ideaların və həllərin tətbiqi;

Şəhərlərin idarə olunmasında İT həllər (Smart City);

Ətraf mühit:

yaşıl iqtisadiyyat;

ekoloji təmiz kənd təsərrüfatı istehsalı;

ekoloji təmiz nəqliyyat;

elektron kənd təsərrüfatı sisteminin qurulması;

iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı erkən xəbərdarlıq ilə bağlı sistemin qurulması və maarifləndirmə;

ekoloji təmiz şəhər həyatı;

ətraf mühitin təmizlənməsi üzrə texnologiya və ya ictimai innovasiya;

tullantıların utilizasiyası;

enerji səmərəliliyi;

alternativ enerji mənbələrindən (külək, günəş və s.) istifadə;

tullantısız və ya az tullantılı texnologiya;

ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi;

iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik;

dəniz və sahilyanı ekosistemlər;

meşələrin, bataqlıq ərazilərin, dağların və quru ərazilərin qorunması, bərpası və dayanıqlı istifadəsi;

biomüxtəlifliyin qorunması.

Müsabiqəyə təqdim edilən layihəyə dair tələblər:

• Texniki-iqtisadi əsaslandırma;
• Sahələr üzrə prioritetlik;
• İqtisadi səmərəlilik;
• Həyata keçirilməsinin mümkünlüyü.

Layihələrin təqdim edilməsi müddəti:

Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” platforması üzərindən təqdim edə bilər. Bunun üçün www.ideyabanki.com internet səhifəsində qeydiyyatdan keçib, “2018-İnnovasiyalar” müsabiqəsini seçib, təqdim olunan formanı dolduraraq layihənizi göndərə bilərsiniz.

Müsabiqənin qalibləri mükafatlandırılacaq:

• Birinci yer – 5 000 manat
• İkinci yer – 3 000 manat
• Üçüncü yer – 2 000 manat.

Startapçı həyatından bir gün

Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir Azercell Telekom MMC-nin Barama İnnovasiya...

12 Oct 2018
Kiber idman turnirinə qeydiyyat başlanır

Bu gündən etibarən İnnovasiya həftəsi çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat...

11 Oct 2018