Azerbaijan English

Növbəti Startap Günlərinin proqramı açıqlandı

Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək. 

Belə ki, Startap Günləri mayın 25-26-da UNEC-də baş tutacaq.

Universitetdən verilən məlumata görə, hazırda Startap Günlərinə hazırlıqlar davam edir. 

Onu da bildirək ki, Universitetdə Startap Günləri ilə bağlı İşçi Qrup da yaradılıb.

Xeberler.az-ın məlumatına görə, artıq Startap Günləri-nin proqramı da açıqlanıb.

Proqram ilə buradan tanış ola bilərsiniz.

Onu da qeyd edək ki, bu gün Startap Azərbaycan Təşkilatı tərfindən Radio UNEC üzərindən tədbir barədə ətraflı məlumat verilib. 

Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Qeyd edək ki, Startap Günləri çərçivəsində Universitetin yeni başlayan startapçıları üçün Təlimlər də keçiriləcək.

Startup Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startap Günləri Startap Azərbaycan və UNEC təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişaı Dövlət ondu dəstək verir. 

Startap Azərbaycan tərəfindən həyata keçirilən Startap Günləri ölkəmizdə 2012-ci ildən təşkil olunur. Məlumat verdiyimiz kimi, ötən aylarda Qərbi Kaspi Universiteti, Azərbaycan Texniki Universitetində təşkil olunan Startap Günüləri də uğurla başa çatıb.

Startapçı həyatından bir gün

Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir Azercell Telekom MMC-nin Barama İnnovasiya...

12 Oct 2018
Kiber idman turnirinə qeydiyyat başlanır

Bu gündən etibarən İnnovasiya həftəsi çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat...

11 Oct 2018