Azerbaijan English

Litvada iş qurmaq istəyən startapların nəzərinə

Baltik pələngi olaraq adlandırılan ölkələrdən Litva texnologiya sahəsindəki startapları ölkəyə cəlb etmək üçün yeni bir viza proqramı hazırlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Avropa Birliyi (AB) xaricindən gələcək sahibkarlar üçün xüsusi yeni bir viza proqramı təşkil edəm Litva artıq bu viza üçün müraciətlərin qəbuluna başlayıb.

Belə ki, Startup Visa Program adındakı viza proqramı xaricdən gələcək sahibkarların ölkədə özləri və ailələri üçün yaşamaq icazəsi almasını asanlaşdırmaq məqsədilə hazırlanıb.

Xatırladaq ki, bu proqram ötən il aprel ayında hökumət tərəfindən təsdiqlənib.

İnformasiya texnologiyaları, biyotexnologiya və yaxud da nanotexnologiya kimi innovativ sahələrdə bir startapınız varsa və yaxud da buna hazırlaşırsınızsa, Litvada işinizə davam etmək şansınız yüksəkdir.

Qeyd edilir ki, Startup Visa Program-ı asanlıqla viza alınmasını təmin edərkən onlara 1 illik müvəqqəti yaşamaq icazəsi verir və bu müddət  ilin sonunda 1 il daha uzadıla bilir.

Sahibkarlar ilk gedişlərində ailələrini də Litvaya  apara bilir. 2 il sonra Litvada qalmağa davam etmək üçün ölkədə immiqrant kimi hər hansı cinayət əməli törətməmək tələb edilir.

Litvada sahibkarlığı dəstəkləyən Viza proqramı Startup Lithuania qrupuyla inteqrasiya formasında çalışır və sahibkarlara ilk andan etibarən dəstək olur.

Bu vizanı əldə etmək üçün 3 mərhələdən ibarət müraciət forması mövcuddur.

Viza almaq üçün öncə onlayn müraciətinizi göndərməlisiniz. Daha sonra onlayn olaraq video formada müsahibəyə qatılmalısınız.

Üçüncü mərhələdə bir qiymətləndirmə komitəsi işinizi ölçür və müxtəlif meyarlar əsasında nə qədər uğurlu olduğunuzu araşdırır. Bunun ardınca immiqrasiya ofisinin də təsdiqiylə Litvada iş qurma prosesi başlayır.

Müraciət şərtlərinə uyğun olub-olmamağınızı buradakı qısa anketdən müəyyən edə bilərsiniz.

Litvada iş qurmaq istəyən startapların nəzərinə

Məlumat verdiyimiz kimi, 5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya...

20 Oct 2017
Litvada iş qurmaq istəyən startapların nəzərinə

Bu gün “İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun...

19 Oct 2017