Azerbaijan English

Tələbəmizin startapı qlobal bazara çıxa bilər

Qərbi Kaspi Universitetinin tələbəsi Azər Nemanlı qlobal şəbəyə çıxa biləcək innovativ layihə hazırlayıb. 

Universitetdən Xeberler.az-a verilən məlumata görə, bu yaxınlarda Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülmüş layihənin məqsədi xarici dil öyrənmək istəyənlərə yardım etməkdir.

“Vooby” adlanan bu platforma insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq qarşılıqlı şəkildə dil öyrənə bilməsini təmin etməyi nəzərdə tutur.

Layihə rəhbəri Azər Nemanlı bildirib ki,  bu ünsiyyət səsli və görüntülü olmaqla insanlara xidmət edir. Bura dil öyrənmək istəyənlər üçün böyük bir topluluqdur. Vooby topluluğu, öyrənmənizə kömək etmək üçün burada olan köməksevər insanlardan qurulub.

Onun sözlərinə əlavə olaraq statap hər kəsə xitab edən dərsliklərə malikdir:

"Bu dərsliklər sayəsində dil öyrənmə daha da asanlaşır. Birisi öyrəndiyi dildə hansısa cümlə və ya sözü bilmədikdə bunu başqalarından soruşa bilər. Sadəcə, öyrənmək istədiyini hesabında paylaşmağı kifayət edir. Əsas üstünlük platformanın tam pulsuz şəkildə istifadəyə verilməsidir. Mobil tətbiqi yükləyərək heç bir çətinlik çəkmədən istifadə etmək mümkündür”.

StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019
StartupFest 2019-a start verilib

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar...

21 Nov 2019