Azerbaijan English

Reyhan Camalova ASAN xidmət-in İdeya müvəkkili oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən Rainenergy qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə  görüşüb.

Xeberler.az-ın məlumatına görə, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.

Həmçinin Reyhan Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib. Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib. 

Prezident innovativ inkişaf haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında Azərbaycan Respublikası...

14 Jan 2019
Enterprise Azerbaijan portalı Startup marketing mövzusunda təlim keçir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə...

11 Jan 2019