Azerbaijan English

Apple məşhur tətbiqi satın alır

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki, satınalmanın dekabrın 11-də rəsmi olaraq təsdiq ediləcəyi gözlənilir.

Müxtəlif mənbələrin məlumat;na görə, Apple Shazam üçün 401 milyon dollar ödəyəcək.

1999-cu ildə yaradılan Shazam şirkətinə məxsus Shazam mobil  tətbiqi əhəmiyyətli bir uğura imza atdı.

Belə ki, tərbiq bugünə qədər 1 milyarddan çox yüklənib.

Shazam proqramı ətrafınızdakı səsləri dinləmək üçün telefonunuzun mikrofonunu istifadə edir və  hansı mahnılar ifa edilirsə, onun adını Sizə təqdim edir.

Tanınmış iş adamı Bakıya gəlir

Türkiyənin tanınmış iş adamı, yazar Ataman Özbay Bakıya gəlir.

Xeberler.az-ın məlumatına görə, mayın 9-da A. Özbay...

19 Apr 2018
Azərbaycanlı startap Seedstars-ın finalında

Azercell Telekom və PAŞA Bankın  dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin...

17 Apr 2018