Azerbaijan English

3D oyunlarla bağlı təlimlər başladı

“Hackathon Azerbaijan” layihəsi çərçivəsində həyata keçirilən Game Jam müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb.

Xeberler.az-ın məlumatına görə, müsabiqədə iştirak üçün 53 komanda müraciət edib.

Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.

Bundan əlavə, müsabiqə çərçivəsində nəzərdə tutulan təlimlər də böyük maraqla qarşılanıb.

Belə ki, noyabrın 25-də başlayacaq təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunacaq.

Təlimlər müsabiqənin partnyorlarından olan Qərbi Kaspi Universitetində tədris olunacaq.

Qeyd edək ki, “IDRAK” Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin mövzusu isə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikasıdır.

Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.

2018-ci ilin yanvar ayının əvvəllərində isə qaliblərin seçimi və final mərasimi planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə 3000 AZN pul mükafatının verilməsi nəzərdə tutulur.

Startapçı həyatından bir gün

Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir Azercell Telekom MMC-nin Barama İnnovasiya...

12 Oct 2018
Kiber idman turnirinə qeydiyyat başlanır

Bu gündən etibarən İnnovasiya həftəsi çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat...

11 Oct 2018