Azerbaijan English

Diqqət: MilliNet-də qeydiyyat bu gün başa çatır

Milli İnternet Mükafatı (MilliNet) müsabiqəsində qeydiyyat başa çatır.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, MilliNet-də qeydiyyat bu gün 00.00-da başa çatacaq.

Qeyd edilib ki, bugünə qədər müsabiqəyə 20 nominasiya üzrə ümumilikdə 344 müraciət daxil olub. Onlardan 225-i öz təsdiqini tapıb, 88 layihə isə müsabiqəyə buraxılmayıb. 

Mill Net-də iştirak üçün mükafatın veb-saytı olan millinet.az-da “qeydiyyat” bölməsinə daxil olmaqla, sorğunu doldurmaq lazımdır.

Təqdim olunan İnternet resursları və İnternet layihələri kontent, dizayn və texnoloji istiqamətlər üzrə peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.

Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin isə dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə qalib gələn saytlar bir-birindən dəyərli müxtəlif hədiyələr və MillNet müsabiqəsinin simvolu olan hörümçək toru əks edilmiş buta ilə təltif ediləcək.

Müsabiqəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.

Müsabiqəyə LENOVOBestCompİnnovasiyalar MərkəziNOVANEURON və Yello şirkətləri də dəstək verirlər. 

“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start

Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə...

11 Mar 2020
StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019